Gürcüstanda davam edən etirazlar fonunda Almaniya Azad Demokrat Partiyasının (FDP) parlament fraksiyasının Xarici Siyasət sözçüsü Ulrix Lexte, Xristian Demokratlar və Xristian Sosialist İttifaqının (CDU/CSU) parlament fraksiyasının xarici siyasət sözçüsü Yurgen Hardt, Sosial Demokrat Partiyasının (SPD) parlament fraksiyasının xarici siyasət sözçüsü Nils Şmid və 90/Yaşıllar Alyansının parlament fraksiyasının xarici siyasət sözçüsü Debora Dürinq yanvarın 9-da birgə bəyanat yayıb.
Bəyanatda deyilir ki, federal hökumət Gürcüstanda dinc nümayişçilərin hüquqlarının ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyanlara qarşı Aİ səviyyəsində məqsədyönlü sanksiyaların tətbiqini dəstəkləyir.