“Rusiyanın dəstəklədiyi “Gürcü arzusu” və onun lideri Bidzina İvanişvilinin rəhbərlik etdiyi zalım rejiminiz xalqın iradəsinə xəyanət edib.
Anonymous sizin rejiminizlə kibermüharibə aparır. İnsanları qorxu və zorakılıqla idarə etmək cəhdləriniz, onların ədalət uğrunda mübarizəsini susdurmaq cəhdləriniz uğursuz olacaq. Həqiqət və azadlıq silahı olan İnternet sizə qarşı çevriləcək.
Anonymous bu mübarizədə gürcü xalqının müttəfiqi kimi onun səsini gücləndirir və onların zülmkar sistemlərinə zərbə vurur” – Beynəlxalq hakerlər və fəallar hərəkatı Anonymous X-də yazır.