Biz onların qanımız üzərində daha çox milyardlar qazanmasına icazə verməyəcəyik – Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qazının Azərbaycan brendi altında tranzit edilməsinə imkan verməyəcəklərini deyib.

Prezident dekabrın 19-da Brüsseldə Avropa İttifaqı (Aİ) liderləri ilə görüşündən sonra bildirib ki, Ukrayna bu ilin sonundan sonra Rusiya qazının öz ərazisindən tranzitinə icazə verməyəcək.

Onun sözlərinə görə, qadağa Rusiya qazının Azərbaycan qazı adı altında Avropaya satılması riskinin qarşısını almaq üçün “Rusiyadan gələn” istənilən qaz axınına şamil ediləcək.

“Biz Rusiya qazının tranzitini uzatmaq fikrində deyilik. Biz onların qanımız üzərində daha çox milyardlar qazanmasına icazə verməyəcəyik. Dünyada Rusiyadan ucuz nəsə ala bilən istənilən ölkə sonda, bir ay, bir il fərq etməz – ondan asılı vəziyyətə düşəcək. Bu, onların siyasətidir”, – Zelenski jurnalistlərə bildirib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Bu, görünməmiş mənfi nəticədir” – Bokuçava ATƏT/DTİB-in yekun hesabatı haqqında

Növbəti Məqalə

Reuters: ABŞ yaxın günlərdə Ukraynaya 1,2 milyard dollarlıq yardım elan edəcək

Oxşar Xəbərlər