Biz Rusiyanı yox, Avropanı istəyirik! – Şərqi Gürcüstandan paytaxta avtomobil karvanları daxil olub

Şərqi Gürcüstandan paytaxta avtomobil karvanları da daxil olub. Elan edilən genişmiqyaslı mitinqdə iştirak etmək üçün vətəndaşlar Tbilisiyə gəliblər. Mitinq iştirakçıları “Gürcü Arzusu”nun saxtalaşdırılmış seçkilərindən hiddətləndiklərini və buna dözməyəcəklərini bildirirlər. Onlar həmvətənlərini aksiyaya qoşulmağa çağırırlar. 

“Biz parlamentə dostlarımıza qoşulmağa gedirik, çünki biz Rusiyada deyil, Avropada yaşamaq istəyirik, parlaq gələcək istəyirik. Bizə soyuq deyil və soyuq olsa belə bir-birimizə olan sevgimiz bizi isidəcək və bütün gəncləri çıxıb bizə qoşulmağa səsləyirəm. Evdə qalmaq vətənə xəyanətə bərabərdir” – vətəndaşlar bildirir.

Saxta seçkilərdən sonra sabah parlament binasında müxalifətsiz və prezidentin təsdiqi olmadan ilk iclasdır.  “Gürcü arzusu”nun üzvləri zalda tək olacaqlar. 
Parlamentdə “Gurcü arzusu” üçün ilk toplantı dinc keçməyəcək, insanlar küçələrdə oğurlanmış seçkilərə etiraz edəcəklər.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Filippinin vitse-prezidenti açıq şəkildə prezidenti öldürməklə hədələyib

Növbəti Məqalə

“Biz qalırıq, sən get!” – Oliqarxın sarayının yanında qadınların çıxışı

Oxşar Xəbərlər