“Biz seçkilərin legitimliyini tanımırıq, tələbələrlə həmrəy olduğumuzu bildiririk” – Sulxan-Saba Orbeliani Universitetinin Tələbə Özünüidarəetmə heyyəti
Sulxan-Saba Orbelianinin tələbə özünüidarə etmə heyyəti tələbələrin etirazını dəstəkləyir.
Onların sözlərinə görə, seçkilərin legitimliyini tanımırlar.
“Biz, Sulxan-Saba Orbeliani Universitetinin tələbələri Gürcüstanda keçirilən parlament seçkilərinin legitimliyini tanımırıq və Batumi Şota Rustaveli Dövlət Universitetinin tələbələri ilə həmrəy olduğumuzu bildiririk.
Biz tarixin doğru tərəfində dayanacağıq!
Azadlığımızın seçimini saxtalaşdırmağa izin verməyəcəyik!
Gəlin, Gürcüstanın Avropa istəklərini vahid qüvvə ilə müdafiə edək!” – bəyanatda deyilir.