“Biz susmayacağıq” – yürüş iştirakçıları DTX-nin binası yaxınlığında dayandılar

Universitet metrostansiyasından başlayan yürüş iştirakçıları Dövlət Təhlükəsizlik Xidmətinin qarşısında dayanıb, burada “Dəyişiklik naminə” koalisiya liderləri DTX-nin ofisinə müraciət ediblər:

“Biz zəifləməyəcəyik, ölkəni sizə təhvil verməyəcəyik” – Nika Qvaramiya deyib. 

„Gürcüstan bizimdir, oğurladıqlarınızı qaytarmalı olacaqsınız və mən sizə xatırlatmaq istəyirəm, Gürcüstana xidmət edin, İvanişvilini rahat buraxın, o gedəcək, biz qalacağıq. Övladınızın, arvadınızın, ərinizin, valideynlərinizin, dostlarınızın, həmvətənlərinizin gözünə baxmalı, əlimizdən alınanı qaytarmalı, vətənimizi qaytarmalısınız. Gürcüstan bizimdir, biz Avropaya gedirik”, – Nika Qvaramiya bildirib.

Etirazın avanqardında olan şəxslər bu gün ölkədə yenidən seçkilər keçirilməyənə qədər təslim olmayacaqlarını bildirirlər. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Çxoniya: Bugünkü rejimin kommunistlərlə fərqi yoxdur

Növbəti Məqalə

“Gürcü Arzusu” seçkilərin beynəlxalq araşdırmasından imtina edir

Oxşar Xəbərlər