Danniqan: ABŞ-da Respublikaçılar və Demokratlar , hər ikisi „Gürcü arzusu”nun hərəkətləri ilə bağlı narahatdırlar
Bəziləri deyir ki, bizim [ABŞ] seçkilərimizdə baş verənlər bizim Gürcüstanla bağlı siyasətimizə təsir edəcək. Düşünürəm ki, demokratlar və respublikaçılar arasında real birliyin olduğunu, həmçinin demokratların, Bayden administrasiyasının narahatlıqlarını başa düşmək çox vacibdir, çünki bu, hazırkı [Gürcüstan] hökumətinin hərəkətləri ilə bağlıdır.
Avqust ayında Demokrat senator Şahin və respublikaçı konqresmen Törnerin başçılıq etdiyi ikipartiyalı, ikipalatalı Konqresin nümayəndə heyətinin buraya [Gürcüstana] səfəri oldu. Onların hökumətə mesajı bu idi ki, sizin gördüyünüz hərəkətlər bizim hər ikimizi də narahat edir və biz arasında heç bir fərq yoxdur.
Bizim Gürcüstanla bağlı siyasətimizdə seçkilərlə nəyinsə dəyişəcəyi fikrinin faktiki əsası yoxdur.
ABŞ-ın Gürcüstandakı səfiri Robin Danniqan “Azadlıq” radiosuna müsahibəsində belə deyib.