Bloomberg: 2017-20-ci illərdə rus hakerləri Gürcüstanın orqanları və obyektləri haqqında məlumat əldə ediblər.
Bloomberg nəşrinin əldə etdiyi məlumata görə, 2017-2020-ci illərdə rusiyalı hakerlər Gürcüstanın hökumət strukturlarına, o to cümlədən Xarici İşlər Nazirliyinə, Maliyyə Nazirliyinə, Milli Banka, əsas enerji və telekommunikasiya şirkətlərinə haker hücumları həyata keçirib.
“Bir neçə illik haker kampaniyaları və hərtərəfli casusluq fəaliyyəti ilə rus hakerləri Gürcüstan hökumətini və mühüm şirkətləri izləyib və Gürcüstanın kritik infrastrukturunu sabotaj etmək üçün məlumat toplayıblar”, – Bloomberg məqaləsində yazır.