Boçorişvili Helsinki Komissiyasının bəyanatı ilə bağlı

Sual vermək medianın işidir – Boçorişvili Helsinki Komissiyasının bəyanatı ilə bağlı.

“Gürcü Arzusu”nun üzvü Maka Boçorişvilinin fikrincə, Helsinki Komissiyası üzvlərinin yaydığı bəyanat yalnız jurnalistlərə sual vermək və siyasi gündəm yaratmaq funksiyasını daşıyır. 

“Bu bəyanatlar sizin (jurnalistlərin) mənim yanıma gəlib sual verməniz və siyasi gündəm yaratmağınız üçün lazımdır. Seçkilərə 10 gün qalmış Gürcüstanla bağlı bütün müzakirələr kimi bu bəyanatın da artıq heç bir funksiyası yoxdur”, – Boçorişvili bildirib. 

Helsinki Komissiyasının sədri Co Vilson, konqresmen Stiv Koen, eləcə də komissiyanın digər üzvləri – Riçard Hudson və Mark Uayz və ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafne Rend Gürcüstanla bağlı bəyanatla çıxış ediblər.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Helsinki Komissiyasının bəyanatına cavab

Növbəti Məqalə

Mixail Saakaşvili bəyanat yayır

Oxşar Xəbərlər