Bolnisi bələdiyyəsinin Dəllər kəndində dəhşətli hadisə baş verib.
Toy zamanı yerli kənd sakinləri və Darvaz kəndindən gələn qonaqlar arasında mübahisə yaşanıb.
Verilən məlumata əsasən bir neçə gənc arasında yaşanan mübahisə daha sonra kütləvi qarşıdurmaya çevirlib, nəticədə 6 nəfər Dəllər, bir nəfər Darvaz kəndinin sakini olmaqla, 7 nəfər gənc bıçaqlanıb.
Hadisə ilə bağlı bir neçə şəxsin saxlanıldığı bildirilir. Faktla bağlı Daxili İşlər Nazirliyindən hələ ki, açıqlama verilməyib.