Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrelin sözlərinə görə, 26 oktyabr seçkilərində insanlar Avropaya doğru, yoxsa ondan uzaqlaşmaq istədiklərinə qərar verməlidirlər. Borel bu barədə Avropa Şurasının Brüsseldəki iclasından əvvəl danışıb.
“Gürcüstanda açıq-aydın demokratik geriləmə var. Növbəti seçkilər həqiqət anı olacaq və gürcü xalqı hansı yolla – Avropaya, yoxsa Avropadan uzaqlaşmaq istədiklərinə qərar verməli olacaq. Bu, bizim üçün vacib məqamdır, daha çox gürcü xalqı üçün, çünki ölkənin gələcəyi təhlükədədir”.- Borel bildirib.