Borjomidə yanğının söndürülməsi prosesi davam edir

Səhər saatlarından etibarən Borjomidə yanğının söndürülməsi prosesinə 4 helikopter cəlb olunub – Daxili İşlər Nazirliyi

Daxili İşlər Nazirliyinin məlumatına görə, Borjomi dərəsində Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin yanğınsöndürənləri və xilasediciləri Axaldaba qəsəbəsi yaxınlığında meşə massivində yanğının lokallaşdırılması işlərini gücləndirilmiş iş rejimində davam etdirirlər. Bu gün səhər saatlarından etibarən yanğının söndürülməsi prosesinə sərhəd polisinin 4 helikopteri cəlb olunub. 

“Yanğınsöndürənlər və xilasedicilər gecə boyu lokallaşdırma işləri aparıblar.Relyef çətin olduğundan yanğın-xilasetmə texnikasını yanğının mərkəzinə gətirmək mümkün olmayıb.

Yanğının söndürülməsi prosesinə Tbilisi, Samsxe-Cavaxeti və Şida Kartli yanğın-xilasetmə idarələrinin 150 yanğınsöndürən-xilasedicisi və Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin Mühafizə olunan Təbiətlər Agentliyinin Borjom-Xaraqauli Milli Parkının mühafizəçiləri cəlb olunub. Lazım gələrsə, digər ərazi idarələrinin gözətçiləri də müvafiq yanğınsöndürmə texnikası ilə prosesə cəlb olunacaqlar”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

Agentlikdən verilən məlumata görə, fövqəladə hallar idarəsi xidməti tərəfindən xüsusi sahə qərargahı təşkil olunub, oradan meşə yanğınlarının söndürülməsi işləri əlaqələndirilir. Yanğının monitorinqi pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilir.

Neytral.ge xəbər verir ki, Borjomi meşəsində yanğın ötən gün baş verib. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Kobaxidze: İvanişvilinin təhlükəsizliyi üçün tədbirlər görürük

Növbəti Məqalə

Qiorqi Marqvelaşvili “Güclü Gürcüstan”a qoşulur?

Oxşar Xəbərlər