Neytral.ge xəbər verir ki, avqustun 29-da Aİ xarici işlər nazirləri Venesuela lideri Nikolas Maduronun “demokratik legitimliyini” tanımayacaqları barədə razılığa gəliblər, Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə rəhbəri Cozef Borrel bildirib.
Borelin sözlərinə görə, bu qərar çoxsaylı müraciətlərə baxmayaraq, Venesuela Milli Seçki Komissiyasından seçkilərin nəticələri barədə etibarlı məlumat ala bilmədikdən sonra verilib.
“Biz Maduronun seçilmiş prezident kimi legitimliyini tanıya bilmərik. O, de-fakto prezident olaraq qalacaq… lakin biz onun demokratik legitimliyini inkar edirik”. – Borel Avropa İttifaqına üzv 27 ölkənin xarici işlər nazirlərinin görüşündən sonra bildirib.