Böyük Britaniya Gürcüstanla dialoqu dondurub və müdafiə sahəsi ilə bağlı danışıqları ləğv edib

Uord: Biz „Gürcü Arzusu”nun anti-Qərb ritorikasından və demokratiyanın geri çəkilməsindən məyus olduq

Böyük Britaniyanın səfiri Qaret Uord İnterpressnews-a verdiyi müsahibədə Gürcüstan hökumətinin bu il atdığı addımlar, demokratiyanın tənəzzülü və hökumətin anti-Qərb ritorikasından danışıb. 

Uordun sözlərinə görə, Böyük Britaniya Gürcüstan parlamentinin “vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran” qanunun qəbulundan, həmçinin “Gürcü Arzusu” liderlərinin başlatdığı sui-qəsd nəzəriyyələrinin təbliğindən və səslənən fərziyyələrdən məyus və narahatdır.

Britaniya səfirinin sözlərinə görə, məhz bu səbəblərə görə rəsmi London son 10 ildə ilk dəfə olaraq müdafiə qərargahları arasında planlaşdırılan danışıqları ləğv etmək və kibertəhlükəsizlik proqramını dayandırmaqla yanaşı, nazirlər arasında planlaşdırılmış dialoqu da dondurmaq qərarına gəlib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Gürcü Arzusu”nun hərəkətləri “avtoritarizmə keçiddir”- Borell

Növbəti Məqalə

Biz Ukraynanın qalib gəlməsi üçün əlimizdən gələni edəcəyik – Rute

Oxşar Xəbərlər