Böyük Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini təqdim edəcək

Böyük Britaniya xarici işlər naziri Devid Lemmi deyib ki, London fevralın 24-də Rusiyaya qarşı geniş sanksiyalar paketini elan edəcək.

“Sanksiyalar müharibənin ilk günlərindən bu yana Rusiyaya qarşı ən böyük paket olacaq. Onlar Ukraynada dağıntılara səbəb olan Rusiyanın hərbi maşınının dağıdılmasına və gəlirlərinin azaldılmasına yönələcək” – deyə Lemmi bildirib.

Lemmi əlavə edib ki, indi Rusiya Prezidenti Vladimir Putinin “qaykalarını sıxmağın” əsl vaxtıdır. O həmçinin Kiyevə Böyük Britaniya hərbi dəstəyini təsdiq edərək, ölkəsinin ehtiyac yaranacağı təqdirdə sülhməramlı qoşunların tərkibində ordusunu təqdim etməyə hazır olduğunu bildirib.Avropa Birliyi ölkələri keçən həftə Rusiyaya qarşı yeni sanksiyalar paketini razılaşdırıblar. O, fevralın 24-də qəbul edilməlidir. Bu sanksiyalar paketi Rusiya alüminiumunun idxalını qadağan edir.

Böyük Britaniya baş naziri fevralın 27-də Vaşinqtona ABŞ Prezidenti Donald Trampla görüş üçün səfər edəcək. Səfərdə əsas məqsədin ABŞ ilə Avropa arasında Kiyevin təhlükəsizliyi və ərazi bütövlüyünə zəmanətin təmin edilməsi körpü rolunu oynamaq olduğu bildirilir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

BBC yazır ki, Papa hələ də “kritik” vəziyyətdədir

Növbəti Məqalə

Kavelaşvili: Qətl şübhəlisinin həbsxanadan əfvlə çıxması yanlış məlumatdır

Oxşar Xəbərlər