Bu, ən ağır zərbələrdən biri idi – Zelenski

“Bu, ən ağır zərbələrdən biri idi. Putin özünə xəyanət etmir, o, xəstə məxluqdur” – Zelenski

“Bu, ən ağır zərbələrdən biri idi – yüzdən çox müxtəlif növ raket və yüzə yaxın “şəhid” – Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın bu gün Ukraynaya hücumlarına belə cavab verdi. 

Zelenskinin sözlərinə görə, bu zərbələrin hədəfi kritik mülki infrastruktur olub.

“Təəssüf ki, bir neçə nəfər həlak oldu. Ailələrinə və yaxınlarına başsağlığı verirəm. Onlarla insan yaralanıb və onların hamısına lazımi yardım göstərilir”, – deyə Zelenski bildirib.

Ukrayna prezidentinin sözlərinə görə, hücum nəticəsində enerji sektoruna böyük ziyan dəyib, “elektrik enerjisinin kəsildiyi yerdə artıq bərpa işləri aparılır”.

“Putin özünə xəyanət etmir, o, xəstə məxluqdur – bu, çoxdan hamıya aydındır.  O, ancaq kainatın ona icazə verdiyini edə bilər. Cavabda zəiflik, qərarların uğursuzluğu terroru qidalandırır. Və hər bir lider, bizim tərəfdaşımız bilir ki, müharibəni bitirmək, ədalətli şəkildə başa çatdırmaq üçün çətin qərarların qəbul edilməsi məqbuldur”, – deyə Zelenski müraciətində bildirib.

Neytral.ge xəbər verir ki, bu gün Rusiya Federasiyasının həyata keçirdiyi hava hücumundan ən azı 4 ölü və 11 yaralı – Ukraynanın 15 rayonu zərər çəkib. 

Ukraynanın baş naziri Denis Şmiqalın sözlərinə görə, düşmən pilotsuz uçuş aparatlarından, qanadlı raketlərdən, “xəncərlərdən” istifadə edib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Bu dəfə əksinə olacaq – Okriaşvili

Növbəti Məqalə

Qurcanidə quduzluq halları qeydə alınıb

Oxşar Xəbərlər