Bu, bizim həyətımıza baha başa gəlsədə, mübarizə davam edəcək – Caparidze

Bu, bizim həyətımıza baha başa gəlsədə, gələcəyi itirməmək üçün hər şeyi edəcəyik – Caparidze

“Birlik – Milli Hərəkat”ın Tbilisi təşkilatının rəhbəri Sopo Caparidze budəfəki etiraz yürüşündə deyib: “Əgər bu, bizim həyatımıza baha başa gəlirsə, gələcəyi itirməmək üçün hər şeyi edəcəyik”. 

Gürcüstanın üçüncü prezidentinin xüsusi nümayəndəsinin fikrincə, “talançı rus oliqarxı gürcü xalqının qələbəsini oğurlayıb”, lakin ictimaiyyət oğurlanmış səsləri geri alana qədər mübarizə davam edəcək. 

„Parlamentin legitimliyi olmayacaq, mübarizə sona qədər, gürcü xalqı yenidən qələbə çalana qədər və soyğunçu rus oliqarx Bidzina İvanişvilinin gürcü xalqından oğurladığı qələbəni qaytarana qədər davam edəcək. Bütün Tbilisi küçələrdə olacaq. Hər gün daha çox olacağıq, xalq artacaq. Əhval-ruhiyyə döyüşçüdür və biz qələbəni gürcü xalqına qaytaracağıq. Bu, bizim həyatımıza baha başa gəlsə belə, gələcəyi itirməmək üçün hər şeyi edəcəyik”, – Sopo Caparidze deyir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Rusiya seçkilərinə yox!” – Tbilisidə aksiya-yürüş iki yerdən keçirilir

Növbəti Məqalə

Berlin divarının yıxılmasından 35 il keçir

Oxşar Xəbərlər