Bu ölkənin öz seçimi var və bu, Avropaya gedən yoldur – bu barədə „Dəyişiklik Koalisiyası”nın liderlərindən biri Nika Qvaramiya bildirib.
Onun sözlərinə görə, prezidentin müxalifəti dəvət etməsi və birlikdən danışması tamamilə vaxtında olub.
“Bizim qoruyacağımız yeganə şey var – bu, vətəndir”, o əlavə edib.
“Bu ölkənin öz seçimi var və bu, Avropaya gedən yoldur. Kobaxidze beynəlxalq rəyin fəlakətli dərəcədə mənfi olduğunu bilmir. Prezidentin müxalifəti dəvət etməyi tamamilə vaxtında baş tutdu və birlik söhbəti də vaxtında idi, bizim qoruyacağımız yeganə şey var – bu vətəndir, bu dəqiqə vətənin taleyindən başqa heç nə həll olunmur, hansına ki, əminəm ki, birlikdə qərar verəcəyik.
Cəmiyyət bizi gözləməyərək, küçələrə çıxmaqla düzgün addım atdı, çünki müqavimət hərəkatı siyasətçilərin malı deyil, ölkənin taleyini xalq həll edir və biz hamımız bu insanların bir parçasıyıq. Biz hamımız bir yerdə olmalıyıq və belə də olacaq”,- Qvaramiya bildirib.