“Dəyişiklik naminə” koalisiyasının liderlərindən biri Zurab Caparidzenin sözlərinə görə, Rustaveli prospektində davam edən etiraz aksiyası artıq əhəmiyyətli nəticələr verib.
Caparidzenin sözlərinə görə, 2024-cü il parlament seçkilərindən təxminən iki aya yaxın vaxt keçib və “Rusiyanın peyk ölkələri istisna olmaqla, heç kim seçkilərin legitimliyini tanımır”.
“Bu seçkilərin nəticələri yalnız Venesuela və Nikaraqua da daxil olmaqla Rusiyanın bir neçə peyk ölkəsi tərəfindən tanınır. Gürcüstanın ərazi bütövlüyünü tanımayan ölkələr. Rustaveli prospektində hər gün keçirilən etiraz aksiyasının da nəticəsidir.
Bu etiraz və beynəlxalq dəstəklə biz o həddə çatacağıq ki, bu ölkədə yeni seçkilər keçiriləcək, bütün siyasi məhbuslar azad olunacaq və bu ölkə yenidən Avropaya inteqrasiya yoluna qayıdacaq”, – Caparidze müxalifətin birgə brifinqdə deyib.