Bu gün Aİ xarici işlər nazirlərinin görüşündə Gürcüstan məsələsi müzakirə olunacaq

Bu gün Avropa İttifaqının xarici işlər nazirləri Brüsseldə görüşür, görüşün əsas mövzularından biri Gürcüstan və Gürcüstanda baş verən proseslər olacaq.

Rəsmi məlumata görə, xarici işlər nazirlərinin Brüssel görüşü bu gün yerli vaxtla saat 10:00-da başlayacaq və ona ilk dəfə olaraq Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaia Kallas sədrlik edəcək.

Aİ-nin Gürcüstandakı nümayəndəliyindən verilən məlumata görə, görüşün gündəliyinə Gürcüstanın Aİ-yə namizədliyi və Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirəsi daxildir.

Bildirilib ki, Gürcüstanda baş verən son hadisələri nəzərə alaraq, müəyyən kateqoriyadan olan şəxslər üçün viza rejiminin dayandırılması mexanizminin mümkün aktivləşdirilməsi müzakirə ediləcək.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Qeyri-legitim parlamentin üzvü Savalan Mirzəyev sosial şəbəkədə gürcü dilində paylaşım edib

Növbəti Məqalə

Litva tərəfindən sanksiyaya məruz qalan “Gürcü arzusu”nun yüksək vəzifəli şəxslərinin siyahısı

Oxşar Xəbərlər