Gürcüstanın baş naziri İrakli Kobaxidze Almaniya səfiri Peter Fişerin tənqidi bəyanatlarına cavab olaraq bildirir ki, bu gün Almaniyanın Gürcüstanda faktiki səfiri yoxdur.
Jurnalistlər Kobaxidzedən Almaniya səfirinin geri çağırılması ilə bağlı prosedurlara başlamaq istədiyini deyən Zarquanın təşəbbüsü barədə də soruşublar. Kobaxidzenin sözlərinə görə, Peter Fişer üçün geri çağırılması böyük şərəf olardı.
“Almaniya səfirinin geri çağırılması böyük şərəf olardı, ona görə də düşünmürəm ki, biz belə bir qərar verməməliyik. Əslində bu gün Almaniyanın Gürcüstanda səfiri yoxdur, ən düzgün status isə Gürcüstanda qondarma səfirdir”, – Kobaxidze bildirib.