Bu gün Parlament yaxınlığında keçirilən aksiyada 2 nəfər inzibati qaydada həbs edilib

İvanişvili rejiminin polisi parlamentin yaxınlığında davam edən aksiya zamanı 2 nəfəri inzibati qaydada həbs edib – bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bu gün Mzia Amaqlobelinin və digər rejim məhbuslarının azadlığa buraxılmasını tələb edən vətəndaşlar və media nümayəndələri parlamentin iclası ilə paralel aksiya keçiriblər. 

Mitinqdə rejimin polisi ilə vətəndaşlar arasında qarşıdurma yaranıb. Polis mitinq iştirakçılarını səkiyə doğru hərəkət etməyə çağırıb, orada onlardan bir neçəsinə hücum edib, 2 nəfəri həbs edib.

Polislər aksiyada jurnalistlərə fiziki təzyiq göstəriblər. İctimai fotojurnalist Natia Leveraşvili, həmçinin News.on.ge saytının baş redaktoru Vansen Xabeişvili yaralanıb.

Səhər saatlarından parlamentin yaxınlığına toplaşan vətəndaşlar və media nümayəndələri Mzia Amaqlobelinin və digər siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər. Jurnalistlər və vətəndaşlar parlament binasının ətrafında yürüş etmək istəyiblər.

“Vansent Xabeişvili təcili müayinələr üçün klinikadadır”, – nəşr yazır.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Qiorqi Kuçuaşvili 4 il, Davit Koldar 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib

Növbəti Məqalə

Qaçiani kəndində odlu silahdan açılan atəş nəticəsində 1 nəfər həlak olub

Oxşar Xəbərlər