Fevralın 5-də parlament üç siyasi birlik üzvlərinin deputat səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsini müzakirə edəcək.
Gündəlikdə “Birlik – Milli Hərəkat”, “Dəyişikliklər Koalisiyası” və “Güclü Gürcüstan” üzvlərinin – ümumilikdə 49 deputatın səlahiyyətlərinə xitam verilməsi məsələsi var. Onlar hələ noyabrda mandatlarına xitam verilməsi tələbi ilə parlamentə müraciət ediblər, buna baxmayaraq indiyədək “Gürcü arzusu” tərəfindən müvafiq yazılı bəyanatlarına baxılmayıb.
Bu gün sözügedən məsələ Prosessual Məsələlər və Qaydalar Komitəsinə gedir və o, öz rəyini qərar qəbul edilməsi üçün plenar iclasa təqdim edəcək.
MSK-nın icmal protokoluna əsasən, 26 oktyabr 2024-cü il seçkiləri nəticəsində “Güclü Gürcüstan” 14 mandat, “Dəyişikliklər Koalisiyası” parlamentə 19 deputat, “Birlik – Milli Hərəkat” isə 16 mandat qazanıb.
“Gürcüstan Naminə” partiyasının parlamentdə 12 mandatı var. Qiorqi Qaxariyanın siyasi birliyi digər partiyalar kimi 26 oktyabr seçkilərini qeyri-legitim elan edir və səlahiyyətlərinə xitam verilməsi ilə bağlı bəyanat yazmasalar da, parlamentin fəaliyyətində iştirak etmir.