Bu gün Rusiya səfiri Andrey Kelin Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

APA xəbər verir ki bu barədə Böyük Britaniya XİN-in mətbuat xidməti məlumat yayıb.

“Rusiyanın Böyük Britaniya ərazisində təşkil etdiyi mənfur fəaliyyətlə bağlı iddialardan, eləcə də Rusiya Federasiyasının digər suveren dövlətlərin ərazisində bu cür fəaliyyətə sponsorluqla bağlı şahidi olduğumuz davranışlarından dərin narahatıq. Biz Rusiyanı bu fəaliyyəti dərhal dayandırmağa çağırırıq və müttəfiqlərimizlə Rusiyadan gələn təhdidlərin tam spektrinin qarşısını almaq və müdafiə etmək üçün işləməyə davam edəcəyik”, – Böyük Britaniya XİN-in sözçüsü bildirib.

Xatırladaq ki son günlərdə Rusiyaya casusluqda şübhəli bilinən şəxslər saxlanılıb. Belə ki britaniyalı şəxsə qarşı Londonda Ukrayna ilə əlaqəli kommersiya obyektində yanğın törətmək üçün başqalarını cəlb etmək də daxil olmaqla, Rusiyaya fayda gətirmək məqsədi ilə dövlətə (Britaniya red.) düşmənçilik fəaliyyəti ilə bağlı ittiham irəli sürülüb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Musavat partiyasının üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu bunları deyib:

Növbəti Məqalə

Dünənki gecə mənə göstərdi ki, biz sağıq, bizim yaşlı nəslin beynində yaşayan sovet həyallarını qovmaq iradəsinə malik nəsil yetişib” – Zaza Piralişvili

Oxşar Xəbərlər