Yürüş Rusiya qanunlarına qarşı etirazlar silsiləsinin əsas məqamlarından biridir – Tsiskarişvili
“Birlik Milli Hərəkatının” lideri Petre Tsiskarişvili mediaya 26 oktyabr seçkilərinə 6 gün qalmış planlaşdırılan Avropa yürüşünün əhəmiyyətindən danışır.
Müxalifətçi siyasətçinin qeyd etdiyi kimi, bugünkü nümayiş Rusiya qanunlarına qarşı etirazların “sisiləsinin əsas məqamlarından biridir”.
Petre Tsiskarişvili deyir ki, “Gürcüstan cəmiyyəti yazda parlament seçkilərində qəbul etdiyi qərarı rəsmiləşdirməlidir”.
„Bir həftə ərzində tamamlanmalı olan qısamüddətli məqsəd “Gürcü arzusu” hökumətini hakimiyyətdən uzaqlaşdırmaqdır. Bu, gürcü xalqının aydın qərarıdır. Biz gürcü cəmiyyəti olaraq bu qərarı hələ yazda vermişik və yazda qəbul edilmiş qərarı oktyabrın 26-da imzalamalıyıq. Bu yürüş praktiki olaraq bu bir neçə aylıq dövrün əsas məqamlarından biridir”,- Petre Tsiskarişvili deyir.