Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Russopulos bildirib ki, Gürcüstan nümayəndə heyətinin Parlament Assambleyasındakı işini dayandırması “Gürcüstanda demokratik standartların irəliləməsinə kömək edəcək” dialoqu təhlükə altına qoyur.
“Asambleya müəyyən şərtlər daxilində nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqinə səs verdikdən sonra Gürcüstan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasından çıxmaq qərarına təəssüflənirəm. Bu, Gürcüstanda demokratik standartların irəliləməsinə kömək edəcək dialoqu təhdid edir.” – Russopulos dedi.
Bundan əvvəl İvanişvilinin nümayəndəsi Tea Tsulukiani Avropa Şurası Assambleyasının plenar iclasından sonra Gürcüstan nümayəndə heyətinin Avropa Şurasında fəaliyyətini dayandırdığını elan edib. Onun sözlərinə görə, Gürcüstan bundan sonra Parlament Assambleyasında iştirak etməyəcəyinə baxmayaraq, Avropa Şurasının üzvü olaraq qalır.