Bu mərhələdə baş nazir vəzifəsinə namizəd, konkret ad və soyaddan söhbət getmirdi – Tina Bokuçava
Bu koalisiya danışıqlarında prezidentin rolu çox mühüm olacaq, bu danışıqlar uğurla yekunlaşmalıdır” – Orbeliani sarayında prezidentlə görüşdən sonra “Birlik – Vahid Milli Hərəkat” partiyasının lideri Tina Bokuçava bildirib.
Bokuçava görüşü müsbət qiymətləndirir və deyir ki, “Zurabişvili Gürcüstanın gələcəyinin oktyabrın 26-da keçiriləcək seçkilərdə qalib gələcəyinə inanır”.
“Prezident Zurabişvili inanır ki, hər birimiz kimi Gürcüstanın gələcəyi də 26 oktyabr seçkilərində qalib gələcək. Prezident gözləyir ki, gürcü xalqı bir daha yüksək səslə və aydın şəkildə – Avropaya bəli deyəcək.
O ki qaldı koalisiya hökuməti məsələsinə, koalisiya hökumətinin vaxtında qurulması vacibdir və biz burada da prezidentin rolunun vacib olduğuna inanır və onun ilk addımları atmasını alqışlayırıq ki, siyasi partiyalar bir-birinin ardınca getsin.
İndiki mərhələdə baş nazir postuna namizəd, konkret ad və soyaddan söhbət getmirdi.” – Bokuçava bildirib.