İvanişvilinin xarici işlər naziri Maka Boçorişvilinin sözlərinə görə, diplomatik pasport sahibləri üçün vizasız gediş-gəlişin dayandırılması “texniki qərardır”.
“Bu, texniki qərardır. Biz hər bir ölkənin Aİ Şurasının bu qərarını necə yerinə yetirdiyini müşahidə edəcəyik. Bizim üçün geniş şəkildə Aİ ilə əlaqələr çox vacibdir”. – jurnalistin sualına cavabında Boçorişvili bildirib.
Məlumat üçün bildiririk ki, Avropa İttifaqı Gürcüstanın diplomatik pasportlarına malik olan şəxslərin vizasız gediş-gəlişini dayandırıb. Avropa İttifaqı Şurası qərarla bağlı məlumat yayıb.