Batumi Şeraton-un giriş zalı hələ də etiraz stikerləri ilə örtülmüşdür. Otelin birinci mərtəbəsinin ətrafına “Təhlükəsiz deyil” sözləri yazılmış qırmızı lent bağlanıb. Bu formada mitinq iştirakçıları bir həftədən artıqdır ki, əsas sübutları və kamera qeydlərini zərərçəkmiş tərəflərə verməkdən imtina edən Şeraton administrasiyasına etiraz edirlər.
Batumi Kriminal Polisinin rəhbərləri hadisə yerindədir. Daxili İşlər Nazirliyinin yüksək rütbəli məmuru dəstə zorakılığının əsas fiqurları – Dimitri Samxaradze və Qiorqi Manvelidzenin dindirilib-dindirilməməsi barədə məlumat vermir.
Xatırladaq ki, Qiorqi Qaxariya yanvarın 15-də Batumidəki Şeraton otelində hücuma məruz qalıb. Əldə olan məlumata görə, yanvarın 15-də baş verən hücumda “Gürcü arzusu”nun parlament üzvləri və Acarıstan Ali Şurasının üzvləri iştirak ediblər. Qiorqi Qaxariya-nın burun sümüyü sınıb və beyin silkələnib.
Yanvarın 21-də Qiorqi Qaxariya-nın partiyası xüsusi bəyanat yayaraq bildirib ki, Prokurorluq keçmiş baş nazirə hücumun bütün yazılarını, o cümlədən serverləri ələ keçirib və onların artıq surəti yoxdur.