„Axali” partiyasının məlumatına görə, “Dəyişiklik üçün Koalisiyası” son bir neçə həftə ərzində bütün Gürcüstanda açılmış ofislərinə hücum və vandalizmə məruz qalıb.
“Son bir neçə həftə ərzində Gürcüstanın hər yerində “Dəyişiklik üçün Koalisiya – Qvaramiya, Melia, Girçi, Vaxt gəldi” ofisləri açıldı.
Biz Gürcüstanın demək olar ki, hər yerində bir çox həmvətənlərimizlə görüşdük və onların hər gün üzləşdiyi problemlər barədə onlardan eşitdik. Vətəndaşlarımız daha yaxşı gələcəyə ümid edirlər.
Təəssüf ki, basqın və vandalizm halları da olub. Biz azad sözün, debatın və müzakirənin prinsip olduğu, zorakılıq və vandalizmin qəbuledilməz olduğu bir koalisiyayıq. Siyasət belə olmalıdır. Bu cür hərəkətlər yalnız zəifliyin və qorxunun təzahürüdür. Bu qorxu bizim müsbət baxışlarımızdan və gürcü xalqının əksəriyyətində olan dəyişiklik istəyindən qaynaqlanır.
Görünür, siz vandalizm və zorakılığı seçirsiniz, bizim seçimimiz isə müdafiə etdiyimiz və müdafiə edəcəyimiz vətənimizin dəyişməsi və gələcəyi haqqında danışmaqdır”, – partiyanın bəyanatında deyilir.