“Güclü Gürcüstan” koalisiyasının 26 oktyabr parlament seçkilərində millət vəkilliyinə namizədi Aqil Mustafayev, siyasətçi Əhməd İmamquliyev və digər yaxın dəstəkçiləri ilə birlikdə seçkiqabağı təbliğat təşviqat kampaniyası çərçivəsində Bolnisi bələdiyyəsinin Talaveri (Faxralı) kəndində vətəndaşlara partiyanın gələcək planlarının yer aldığı qəzet və broşuralar paylamışdır. Aqil Mustafayev vətəndaşları seçkidə fəal iştirak etməyə və öz namizədlərini sona qədər dəstəkləməyə çağırış etmişdir. O, həmçinin Faxralı kəndinin və ümumiyyətlə tarixi adları dəyişdirilmiş bütün kəndlərin tarixi adlarının qaytarılmasının vacibliyini vurğuladı.
„Bu gün biz „Güclü Gürcüstan” koalisiyasının nümayəndələri olaraq Bolnisin qədim ve ən böyük kendlərindən olan Faxralı kəndinə gəldik. Bu kənd qədim tarixə malikdir, təəssüflər olsun ki, kəndin tarixi adı dəyişdirilib və bu gün rəsmi sənədlərdə Talaveri olaraq yazılıb. Ancaq mən sizə söz verirəm ki, əgər 26 oktyabrda parlament seçkilərində qalib gəlsəm, parlamentdə ilk çıxışım Faxralı və ümumiyyətlə Bolnisidə bütün kəndlərin tarixi adlarının qaytarılması məsələsi olacaq. Mən buna söz verirəm, ona görə ki, bu məsələ illərdir bizim xalqın narahatlığına səbəb olur, tarixi adların qaytarılması dövlətin vətəndaşlarına verdiyi qiymət, həmçinin xalqa olan bir dövlətçilik dəyərinin nümunəsi olmalıdır. Görüş kompaniyası çöx gözəl keçir, biz insanlara görüşürük, onlara qulaq asırıq. Biz görürük ki, bölgədə yaşayan bütün vətəndaşlar artıq bu hakimiyyətin getməsini istəyir. İnşAllah, 26 oktyabr tarixində biz Bolnisidən, bütün Borçalıdan, əsasən də Faxralı kəndinin sakinlərindən dəstək gözləyirik. Qələbəni birlikdə qeyd edəcəyik!” – Aqil Mustafayev bildirdi.