“Cəsarətini itirmə, səni çox sevirəm” – Anri Kvaratsxeliyanın həyat yoldaşı “TV Pirveli” verilişinin canlı yayımından vicdan məhbusuna belə müraciət edib. Stressdən hamiləliyi kəsilən rejim məhbusunun həyat yoldaşı hələ də küçədə dayanaraq ərinin və həbsdə olan bütün vicdan məhbuslarının azadlığa buraxılmasını tələb edir.
“Onlar haqsızlıq edirlər, çünki həyat yoldaşıma qarşı heç bir sübutları yoxdur. Ərimin evdən çıxarılması psixoloji təzyiq altında olub. Anriyə deyərdim ki, cəsarətini itirməsin və mən onu çox sevirəm”, – Anri Kvaratsxelyanın həyat yoldaşı deyir.
25 yaşlı Anzor (Anri) Kvaratsxeliya dekabrın 5-də evində həbs edilib. O, hüquq-mühafizə əməkdaşına molotof kokteyli atmaqda ittiham olunur. Gənci 4 ildən 7 ilədək həbs cəzası gözləyir.