Caparidze: Bayden seçkilərin nəticələrini tanimır

Baydenin bəyanatına görə, aydındır ki, seçkilərin nəticələri legitim bilinə bilməz – Caparidze

Co Baydenin bəyanatında Gürcüstanda son illər demokratik geriləmənin olmasından bəhs edilir və bu seçkidə biz çoxlu inzibati resurslardan qanunsuz istifadə, çoxlu sayda seçici hədə-qorxu və məcburiyyət faktlarını gördük. Bəyanatda danışılan şey budur və eyni zamanda prezident Bayden bu saxtakarlığı, bu prosesin araşdırılmasını tələb edir.

Biz “Güclü Gürcüstan” bu saxta seçkinin beynəlxalq reputasiyaya malik müvafiq qurum tərəfindən araşdırılmasını, bu prosesin tam, şəffaf şəkildə öyrənilməsini, ən əsası isə qeydiyyat maşınlarının açılmasını və ictimaiyyətə açıqlanmasını tələb edirik ki, ictimaiyyət oktyabrın 26-da səs verən seçicilərin siyahıları gorsün. O zaman açıq-aydin görəcəyik ki, siyahıda ölkədə olmayan on minlərlə insan var və onların əvəzinə “Gürcü arzusu”nun işə götürdüyü saxtakarlar səs veriblər.

Bir daha qeyd etmək istəyirəm ki, ABŞ Prezidentinin bəyanatı açıq şəkildə göstərir ki, bu seçki və bu seçkinin nəticələri legitim bilinə bilməz. 

ABŞ prezidenti Co Baydenin Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanatını “Güclü Gürcüstan”ın liderlərindən biri Badri Caparidze vurğulayıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Prezident prokurorluğa çağırılıb

Növbəti Məqalə

Avropa Komissiyasının hesabatında nə deyilir

Oxşar Xəbərlər