Çaqeri bələdiyyəsinin meri Levan Zalkaliani tutduğu vəzifədən istefa verib.
Neytral.ge xəbər verir ki, Çaqeri Şəhər Şurasının bugünkü elanında deyilir ki, dünən növbədənkənar sessiya keçirilib və orada Şəhər Şurasının üzvləri Zalkalianinin səlahiyyətlərinə xitam verilməsi barədə məlumat alıblar.
“Şəhər Şurasının üzvləri Çaqeri Bələdiyyəsinin meri Levan Zalkaliani səlahiyyətlərinə xitam verilməsi barədə məlumat alıblar. Şəhər Şurası cənab Levan Zalkalianiyə gələcək fəaliyyətində uğurlar arzulayır”, – Şəhər Şurasının bəyanatında deyilir. .