DİN Tbilisinin Çavçavadze prospektində adam öldürməkdə təqsirləndirilən 1975-ci il təvəllüdlü Q.U. həbs olundu. O, qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmədə ittiham olunur.
“İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs Tbilisinin Çavçavadze prospektində 2 nəfərə atəş açıb və hadisə yerindən gizlənib. Aldığı xəsarətlər nəticəsində 1964-cü il təvəllüdlü L.C. yerində ölüb, 1965-ci il təvəllüdlü Q.C isə tibb müəssisəsinə yerləşdirilib.
Cinayət 15 ilə qədər həbslə cəzalandırılır.