Çeçenistan liderinin qətlinin sifarişçisi kimdir?

İki gündür ki, Rusiya mediası və sosial şəbəkələrin rus seqmentləri Çeçenistan lideri Ramzan Kadırovun Dağıstandan olan senator, milyarder Süleyman Kərimova və Dövlət Dumasının iki deputatına – Bexan Baraxoev və Rizvan Kurbanova rəsmən qan davası elan etdiyini müzakirə edir.

Çeçenistan rəhbərinin iddiasına görə, hər üç şəxs onun qətlini sifariş etmək niyyətində olub.

Ramzan Kadırovun çıxışının videosu oktyabrın 9-da “Telegram” kanalında yayılıb. Çeçen dilindən tərcüməni TASS dövlət agentliyi yayıb:

“Əgər əksini sübut etməsələr, Baraxoyev, Süleyman Kərimov və Rizvan Qurbanova qarşı rəsmən qan davası elan edirəm. Şahidlər var, adamlar var ki, onlardan sifariş veriblər, soruşublar ki, siz Kadırovu öldürmək üçün əmri nə qədər qəbul edə bilərsiniz?”.

Ramzan Kadırovun “Wildberries” şirkətinin təsisçisi Tatyana Kim və Vladislav Bakalçukun boşanması fonunda böyüyən “Wildberries” bazarı ətrafında münaqişədə iştirakı qeyd olunur.

Bu məsələdə Kadırovun Vladislav Bakalçuku dəstəklədiyi, milyarder Süleyman Kərimovun isə Tatyana Kimin tərəfində olduğu bildirilir.

Sentyabrın 18-də Moskvanın mərkəzində “Wildberries” şirkətinin baş ofisinin yaxınlığında atışma baş vermişdi.

İlkin məlumatda 3 nəfərin güllə yarası aldığı, 2 nəfərin öldüyü qeyd olunurdu.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

ATƏT/DTİHB Gürcüstanda seçkiqabağı mühitlə bağlı aralıq hesabatını dərc edir

Növbəti Məqalə

Ədalətsiz seçki mühiti – Natsvlişvili

Oxşar Xəbərlər