Çexiya İvanişvili rejiminin üç yüksək rütbəli məmuruna sanksiya tətbiq edib – Çexiyanın Gürcüstandakı səfiri Petr Kubernat X Platformasında yazır.
“Bu gün Çexiya hökuməti ötən il keçirilən etiraz aksiyalarının zorakılıqla yatırılmasında iştirak edən Gürcüstan Daxili İşlər Nazirliyinin 3 nümayəndəsinə qarşı sanksiya tətbiq edib” – Petr Kubernat yazır.
Çexiya mətbuatının məlumatına görə, sanksiya tətbiq olunan şəxslər aşağıdakılardır:
- Zviad Xarazişvili, digər adı “Xareba” – Daxili İşlər Nazirliyinin Xüsusi tapşırıqlar idarəsinin rəisi. ABŞ, Böyük Britaniya və Baltikyanı ölkələr tərəfindən sanksiya tətbiq edilib;
- Vaja Siradze, patrul polisinin rəisi;
- Mirzə Kezevadze, Xarazişvilinin müavini.