Jurnalist Ceyhun Narzalov parlament seçkilərində namizədliyini irəli sürəcək?
“Mtavari Arxi” telekanalının jurnalisti Ceyhun Muhammədəlinin (Narzalov) 26 oktyabr parlament seçkilərinə qatılacağı iddia olunub.
Neytral.ge xəbər portalına daxil olan məlumata əsasən, o, “Vahid Milli Hərakat” partiyasının qoşulduğu koalisiyasının proporsional siyahısında yer alacaq.
Ceyhun Muhammədəli, məlumatı nə təsdiq, nə də təkzib edib.
O, Partiya liderlərindən bununla bağlı təklif aldığını, lakin yekun qərar barədə yaxın günlərdə açıqlama verəcəyini bildirib.
Partiyanın regionda illərdir fəaliyyət göstərən üzvləri, bələdiyyə deputatları, rayon qərargahlarının bu məsələ ilə bağlı fikirlərini bilmək maraqlı olardı.