Şahin: Gürcüstan xalqının və vətəndaş cəmiyyətinin səsinin eşidilməsi və hörmət edilməsi hüququ var.
“The Hill”ə danışan amerikalı senator Cin Şahin Atlantik Şurasının iki əməkdaşı Eto Buziaşvili və Sopo Qelavanın evlərində aparılan axtarışlara cavab verib və bildirib ki, bu hərəkət “Gürcüstanın azad və ədalətli seçkilər keçirmək qabiliyyətinə” dair suallar doğurur.
“Gürcü xalqı və onun vətəndaş cəmiyyəti öz səsinin eşidilməsi və hörmət edilməsi hüququna malikdir – [bu] istənilən sağlam demokratik sistemin mərkəzi prinsipidir. Ümid edirəm ki, Gürcüstan hökuməti bu konkret hesabatlara aydınlıq gətirəcək və onlara ciddi yanaşacaq”. – Şahin bildirib.