“26 oktyabr 2024-cü il parlament seçkilərində ivanişvilinin “tituşkaları” seçkı saxtakarlığı edərkən qarşısını almağa çalışdıq. Buna baxmayaraq DTX-nın sifarişini yerınə yetırən Ceyhun Çovdarov və onun başındakı bır qrup şəxs Qızılhacılı seçki məntəqəsinə gələrək, mənə qarşı fiziki zorakılıq etdilər, qarsıdurma zamanı burun ve uz nahiyəmə ağır zərbələr yetirdilər, çünki burada onların seçki saxtakarlığnı planlı şəkıldə etməklərinə mane olurdum. DTX-nın iyrənc sifarişini yerınə yetırənlərin başında Qızılhacılının heç nəyə yaramaz „deputatı” Ceyhun Çovdarov dururdu..
Üstundən aylar keçsə də cinayətkar dəstə hələ də cəzasını almayıb, qondarma və beynəlxalq arenada tanınmamış İvanişvili hakimiyyətınin sistemli çökməsi bəllidir, artıq yaşadığımız ölkədə heç bir quruma güvənmək olmaz. Vəkilim demək olar ki, 7 quruma dəfələrlə ərizə yazıb göndərıb, amma xeyri yoxdur. Bir dəfə Marneuli polis idarəsinə çağırıblar. Bütün faktlar ortadadır, cinayətkar dəstənin etdikləri cinayətkar hərəkətləri video və sosial şəbəkədə doludur, hər şey açıq-aşkar görünür, ancaq buna baxmayaraq prokurorluq işlə bağlı heçnə etmək istəmir. Görünən odur ki, bu gün polislər artıq cinayəti yox, kiminsə əmrini yerinə yetırırlər, qanun hər kəs üçün qanundur, amma bu rejim üçün qanun maraqlı deyıl. Mənə utanmaz-utanmaz istintaqın getdıynı deyırlər, çox gülməlidir. 126-ya (qen-inspeksiya) zəng vururam, deyirlər „sizinlə əlaqə saxlayacağıq”… Amma unutmasınlar ki, gec-tez, onlar, o dəstə, başda yaramaz Ceyhun Çovdarov olmaqla qanun qarşısında cavablarını alacaqlar.” – bu barədə VMH-ın Marneuli rayonu üzrə nümayəndəsi Azad Kərimov Neytral.ge xəbər portalının əməkdaşlarına danışıb.