Çində avtomobillə xalqın üzərinə sürülməsi nəticəsində 35 nəfər ölüb

Çinin cənubundakı Çjuhay şəhərində avtomobilin idman mərkəzi qarşısında xalqın üzərinə sürməsi nəticəsində 35 nəfər ölüb. Hadisə noyabrın 11-nə keçən gecə baş verib.

Çinin dövlət televiziyası olan CCTV-nin məlumatına görə, daha 43 nəfər yaralanıb. Avtomobilin Fan soyadlı 62 yaşlı sürücüsü hadisə yerindən qaçsa da, polis onu taparaq yaxalaya bilib.

Cinayətin dəqiq motivi hələlik məlum deyil, lakin ilkin araşdırmalara görə, Fan cinayəti boşandıqdan sonra əmlakın bölüşdürülməsindən narazılıq ucbatından törədib.

Çin prezidenti Si Dzinpinq hadisə ilə bağlı bildirib ki, sürücü Çin qanunlarına uyğun olaraq cəzalandırılmalıdır.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Birlik və Dəyişiklik koalisiyası parlamentə daxil olmaqdan imtina edir

Növbəti Məqalə

İki tələbə Tbilisinin mərkəzində ölü tapılıb

Oxşar Xəbərlər