CNN: ABŞ-ın tələbi ilə Qətər Həmas liderlərini ölkədən çıxaracaq

Qətər ABŞ-ın tələbini yerinə yetirəcək və Fələstinin HƏMAS qruplaşmasının liderlərini yaxın həftələrdə ölkədən çıxaracaq – məlumatı CNN yayıb. 

Həmas-İsrail müharibəsini dayandırmaq üçün 2 həftə əvvəl ABŞ rəsmiləri Qətərli həmkarlarına paytaxt Dohada Həmas liderlərinə sığınacaq verməyi dayandırmalı olduqlarını bildiriblər. CNN-in anonim mənbələrə əsaslanaraq yazdığına görə, Qətər bu təkliflə razılaşıb və 1 həftə əvvəl HƏMAS-a bu barədə xəbərdarlıq edib.

“Həmas amerikalıları öldürən terror qruplaşmasıdır və amerikalı girovlar hələ də əsir saxlanılır. Girovların azad edilməsi ilə bağlı çoxsaylı təklifləri rədd etdikdən sonra HƏMAS liderlərinə artıq ABŞ-ın tərəfdaş ölkənin paytaxtında yaşamağa icazə verilməməlidir”. – anonim amerikalı yüksək vəzifəli məmur bildirib. 

HƏMAS liderlərindən biri cavab olaraq bildirib ki, Qətərin HƏMAS-ın yüksək rütbəli məmurlarını ölkədən qovmağa razı olması barədə xəbərlər “əsassız” və ABŞ-ın “təzyiq taktikası”dır. 

“İsrail mediasının ABŞ-ın tələbi ilə Qətər tərəfindən Həmas üzvlərini Dohadan qovması ilə bağlı yayılan məlumatlar əsassız və sadə təzyiq taktikasıdır. Belə xəbərlər dəfələrlə sübut olmadan yayılıb”. – HƏMAS-ın yüksək rütbəli rəsmisi CNN-ə bildirib. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

İranın xarici işlər naziri iddianı rədd edir

Növbəti Məqalə

“Rusiya seçkilərinə yox!” – Tbilisidə aksiya-yürüş iki yerdən keçirilir

Oxşar Xəbərlər