Co Bayden Ağ Evdə Donald Trampı qəbul etdi

Çərşənbə günü ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp müzəffər kimi Vaşinqtona qayıdaraq, son dörd ildə ilk dəfə Ağ Evə daxil oldu və vəzifəsinin müddətinin bitməsinə iki ay qalan prezident Co Baydenlə görüşdü.

Trampla görüş Baydenin dəvəti ilə keçirilir. Bu ənənə Amerika demokratiyasında hakimiyyətin cari ABŞ liderindən yeni liderinə dinc yolla ötürülməsi nümayişidir.

“Dediyimiz kimi, rəvan bir keçidin olmasını səbirsizliklə gözləyirik. Yerləşməyiniz üçün ehtiyacınız duyulan hər şeyin edilməsi üçün əlimizdən gələni edəcəyik”, Bayden Trampı salamlayarkən dedi və əlavə etdi ki, “xoş gəldin, yenidən xoş gəldin”.

Tramp isə öz növbəsində Baydenə təşəkkür etdi.

“Siyasət sərtdir və çox hallarda gözəl dünya deyil. Amma bu gün gözəl dünyadır. Mən bu rəvan keçidi çox yüksək qiymətləndirirəm”, deyə yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq Tramp bildirib.

Salamlaşmadan sonra jurnalistlər sual verməyə çalışsalar da, onları tez bir zamanda otaqdan çıxardılar.

Baydenlə Tramp arasında görüş siyasi gərginlə boldur.

Cari prezident Trampa yenidən qalib gələrək, yeni müddətə prezident seçilmək niyyətində idi. Amma ikisinin arasında canlı debat zamanı Bayden zəif performans göstərdikdən sonra seçkidən geri çəkilərək, vitse-prezidenti Kamala Harrisin namizədliyini dəstəklədi. Keçən həftə keçirilən seçkilərdə Tramp yeddi mühüm ştatda üstünlük əldə edərək, rahatlıqda Harrisə qalib gəldi.

2020-ci ildə Bayden Trampa qalib gələndə, Tramp inauqurasiyadan öncə Baydeni Ağ Evə dəvət etməmişdi və yeni prezidentin inauqurasiyası səhəri paytaxtı tərk etmişdi.

Tramp bu günə qədər 2020-ci il seçkilərində saxtakarlıq nəticəsində məğlub olduğunu iddia edir. O, Endryü Consonun Ulisses Qrantın andiçmə mərasimini buraxmasından bəri, inauqurasiyada iştirak etməmiş yeganə prezidentdir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Roma Papasının COP29-a müraciəti: Ətraf mühitin mühafizəsi sülhün qorunması ilə sıx bağlıdır

Növbəti Məqalə

Gürcüstanda demokratik böhranın pisləşməsi ilə bağlı qərar qəbul ediləcək

Oxşar Xəbərlər