Dəyişiklik Koalisiyası dövlət xidmətlərinə çıxış imkanlarını artırmaq üçün etnik cəhətdən dominant olmayan qrupların sıx məskunlaşdığı bələdiyyələrin yerli və mərkəzi qurumlarında müvəqqəti (problem həll olunana qədər) tərcüməçi vəzifəsinin tətbiqini tam dəstəkləyir. Hesab edirik ki, dil baryeri real, sosial tələbatların dərhal və vaxtında aradan qaldırılmasına, o cümlədən seçkilərdə şüurlu seçimə maneçilik törədən amil olmamalıdır. Bu baxışımız və vədimiz bukletlərimizdə öz əksini tapıb. Bununla gürcü və azərbaycan dillərini bilən yerli gəncləri işə götürəcəyik və istənilən ünsiyyət hər iki dilə düzgün tərcümə olunacaq. Eyni zamanda, biz uşaq bağçalarının və məktəblərin infrastrukturunun çatışmazlığı ilə bağlı problemlərin, o cümlədən, ilk növbədə, özəl təşəbbüsləri təşviq etməklə həllini təmin edəcəyik. – “Dəyişiklik Koalisiyası”nın bəyanatında deyilir.
Oxşar Xəbərlər
Mamuka Xazaradze “Xalq Parlamenti”nin yaradılması ideyası ilə çıxış edir
“Güclü Gürcüstan” koalisiyasının lideri Mamuka Xazaradze „Xalq Parlamenti” ideyası ilə çıxış edir. Onun sözlərinə görə, bu parlamentin fəxri…
Prezident Zurabişvili Trampın yeni administrasiyası ilə görüşür – təcrid olunmuş “Gürcü arzusu”nun baş naziri isə Azərbaycana gedib
Gürcüstanın beşinci prezidenti Vaşinqtonda Donald Trampın yeni administrasiyası ilə görüşür – eyni zamanda İvanişvilinin baş naziri Kobaxidze Qərb…
Bundestaq Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib
Fişer: AfD-ni sevənlər üçün – onların layihəsində Gürcüstanın üzvlüyünün dayandırılması daxildir Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer Bundestaqda Gürcüstanın…