“Dəyişiklik Naminə Koalisiyası”nın Marneulidə qərargahı açılıb, partiya liderlərinin seçicilərlər görüşü baş tutub
Dünən, yeni yaradılmış gənclərin siyasi birliyi “Dəyişiklik Naminə Koalisiyası”nın Marneulidəki qərəgahının açılışı baş tutub. “Dəyişiklik Naminə” koalisiyasının liderlərindən olan Nika Qvaramiya və koalisiyaya qoşulmuş “Fəallar Gələcək Naminə” siyasi hərəkatının parlament üzvlüyünə namizədi Oqtay Kazımov Marneulidə seçicilərlə görüşüb.
İlk olaraq, Oqtay Kazımov çıxış edib və Marneuli, eləcə də Kvemo Kartlinin digər bələdiyyələrindəki problemlər və onların həll yolları barədə danışıb.
„Salam əziz Kvemo-Kartli əhalisi, əziz marneulilər, əziz azərbaycanlılarmız, həmvətənlərimiz, bugün Kvemo-Kartlinin mərkəzi olan Marneulimizdən bütün bölgəmizə və bütün Gürcüstanımıza səslənirik, səslənirik və deyirik ki, artıq dəyişdiklərin vaxtı gəlib çatmışdır, artıq dəyişikliklər zamanıdır. Bu gün biz elə bir bölgədəyik ki, tarix boyu həmişə Gürcüstanın tarixində keçmə-keçli dövrlərində dayaq olmuşdur bizim ölkəmizə.
Burdan adlı sanlı oğullarımız, bəylərimiz, xanımlarımız çıxıb və bizim ölkəmizin iqtisadiyyatına, mədəniyyətinə ümumiyyətlə ağır anlarında böyük töhfə vermişdir və töhfələr verməyə davam edir. Onun üçün də artıq vaxt gəlib çatıb ki, bu icmanın problemlərinə də parlament kimi yüksək bir kürsüdən diqqət yetirilsin və ümumiyyətlə hökumətimizin və dövlətimizin hər strukturunda,hər səviyyəsində lazımınca həmin bu problemlər öz həllini tapsın.” – Kazımov çıxışında bildirib.
Ardınca çıxış edən Nika Qvaramiya burada çıxış etməsini onu sevimdirdiyini bildirib. O, siyasi hərəkatın və onun təqdim etdiyi namizədin “Dəyişiklik Naminə” koalisiyasına qoşulmasının olduqca əhəmiyyətli olduğunu bildirib.
“Mən həqiqətən də ən böyük icmalarımızdan biri olan Azərbaycan dilli icmanın nümayəndələri ilə görüşməyimə şadam.
Oqtayın bizimlə olması təkcə gürcü-azərbaycan icmasına hörmət deyil, həm də etirafdır ki, vətənimizlə bağlı hamımız birlikdə qərar veririk və bizim bir vətənimiz var, bu vətənin adı Gürcüstandır.
Gürcüstan dünyada ikinci ölkədir ki, 18-21 illərdə ilk təsis qurultayında, ilk parlamentdə müsəlman qadın deputat olub. Bu mənim üçün ən vacib hadisələrdən biridir. Müsəlman qadın… 1918-21-ci illərdə… Bu ölkəmizin indikindən çox irəli getməyə layiq olduğunu hamıya göstərir. “-deyə Nika Gvaramiya çıxışında qeyd edib.
Dəyişiklik Naminə Koalisiyası Akhali [Nika Qvaramia, Nika Melia], Girchi və Droa tərəfindən təsis olunub.
Ölkədəki siyasi böhrana cavab olaraq, FGN Azərbaycan dilli icmanın fəal gəncləri tərəfindənyaradılıb.
FGN və onun namizədi, tanınmış filoloq Oqtay Kazımov seçkiqabağı kampaniyası Kvemo-Kartlinin digər bələdiyyələrində və azərbaycan dilli icmanın sıx yaadığı digər bölgələrdə də davam edir.