Avropa Şurası Parlament Assambleası (AŞPA) bu gün qəbul etdiyi qətnamə əsasında, Gürcüstanın bütün funksiya və məziyyətlərini (privilegiyaları) əlindən alaraq, dırnaqarası Hökumətdən bunları tələb etdi:
- Qarşıdakı aylarda, ciddi, beynəlxalq monitorinq altında, Parlament seçkilərini təyin etsin.
- Siyasi məhbusları aprelədək azad etsin
- Zorakılıq tətbiq edənləri məsuliyyətə cəlb etsin və zorakılığa son qoysun.
- Rus qanununu tamamilə geri çəksin və İnzibati Xətalar Qanunu barədə Venesiya Komissiyasının rəylərini nəzərə alsın.
- Avropa İttifaqı tərəfindən tələb edilən islahatlar əsasında Avropaya inteqrasiya istiqamətinə geri qayıdılsın.
AŞPA- nın qəbul etdiyi qətnaməni Oktay Kazımov sösial şəbəkədə paylaşıb.