„Dəyişikliklər Naminə Koalisiyası”nın görüşləri davam edir

Aşağı Qullar, Yuxarı Qullar, Qırxılı, Mamey (Kirovka) – „Dəyişikliklər Naminə Koalisiyası”nın görüşləri davam edir.

“Dəyişikliklər Naminə Koalisiyası”nın azərbaycanlı gənc fəalları kənd və rayonlarda qapı-qapı gəzib, soydaşlarımızı koalisiyanın proqramları haqqda məlumatlandırırlar. Bu dəfə gorüş Marneuli bələdiyyəsinin bir neçə kəndində baş tutub.

“Dəyişikliklər Koalisiyası”nın üzvlərinin verdiyi məlumata görə, onlar regionda bir qrup gənclə fəal şəkildə təbliğat-təşviqat işlərini həyata keçirir.

„Əhali ilə üzbəüz görüşlərdə görürük ki, çoxları hakim partiyanın idarəçiliyindən narazıdır, xalq dəyişikliklər istəyir, çünki problemlərini həll edən yoxdur. Səfər etdiyimiz hər kənddə təxminən eyni problemlərlə üzləşirik. Sakinlər bildirirlər ki, hökümət onlara qarşı ayrı-seçkilik edir, illərdir problemləri həll edilmir” – koalisiyanın azərbaycanlı parlament namizədi Oqtay Kazımov bildirir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Hizbullah” İsrail hərbi bazasına hücum edib

Növbəti Məqalə

Kobaxidze: Qlobal Müharibə Partiyası realdır

Oxşar Xəbərlər