İşğal əleyhinə hərəkatın rəhbəri Davit Katsarava deyir ki, etiraz bütün ölkəyə yayılmalıdır.
Katsarava 24 saat fasiləsiz etiraz aksiyasının başladığı Çavçavadze prospektindədir.
Vətəndaş fəalı deyir ki, cəmiyyət uzun müddətdir ki, davamlı etiraz aksiyası gözləyir.
“Çoxdandır ki, bu tip aksiyaları gözləyirdik. Biz hər şeyi etməliyik ki, toplantımız, bu aksiyamız daha da genişmiqyaslı və davamlı olsun. Etiraz aksiyası təkcə bir yerdə olmamalıdır. Əminəm ki, bugünkü aksiya çoxları üçün, məhz bu cür etirazı gözləyənlər üçün nümunə olacaq. Biz hamımız vətənimizin xilası üçün döyüşməyə hazırıq. Bizim geri çəkilməyə ixtiyarımız yoxdur – geri çəkilmə yolları bağlanıb – məğlub olmağa haqqımız yoxdur, çünki belə olan halda biz vətənimizi itirəcəyik və Rusiya burada özünü möhkəmlədəcək”. – Katsarava bildirib.