Daxili İşlər Nazirliyi MSK-ya müraciət əsasında “Birlik – Milli Hərəkat” MSK-nın üzvü Davit Kirtadzenin Əiorqi Kalandarişvilinin üzərinə qara mürəkkəb tökdüyünə görə cinayət işinə başlayıb.
„Mərkəzi Seçki Komissiyasının müraciəti əsasında Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yungül zərər vurma (118-ci) maddəsi ilə araşdırmalara başlayıb.
Mərkəzi Seçki Komissiyasının binasında davam edən seçkilərin yekun iclası zamanı “Birlik – Milli Hərəkat”ın nümayəndəsi Davit Kirtadze Mərkəzi Seçki Komissiyasının sədri Qiorqi Kalandarişvilinin üzərinə naməlum maye töküb.
Faktla bağlı araşdırma aparılır və araşdırma zamanı bütün müvafiq istintaq hərəkətləri həyata keçiriləcək.” – DİN-dən bildirilib.