Daxili İşlər Nazirliyindən verilən məlumata görə, strateji və ya xüsusilə mühüm obyektin qarşısını qrup şəklində kəsmək ittihamı ilə 8 nəfər həbs edilib.
“Cinayət 4 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər bu il fevralın 2-də Tbilisinin Ağmaşenebeli xiyabanı ərazisində keçirilən aksiya zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının dəfələrlə çağırışlarına baxmayaraq, qrup halında qanunsuz olaraq beynəlxalq avtomobil yolunu bağlamağa cəhd ediblər.
Qeyd edək ki, Gürcüstan hökumətinin “Strateji və/və ya xüsusi əhəmiyyət kəsb edən obyektlərin siyahısının təsdiq edilməsi haqqında” 23 oktyabr 2024-cü il tarixli 361 nömrəli qərarına əsasən, beynəlxalq əhəmiyyətli avtomobil yolları strateji və/və ya əhəmiyyətli obyektlərdir və xüsusi əhəmiyyət kəsb edir.
Həmçinin, Gürcüstan hökumətinin 18 iyun 2014-cü il tarixli 407 saylı qərarına əsasən, Tbilisi-Senaki-Leselidze avtomobil yolu beynəlxalq əhəmiyyətli yollar siyahısına, Ağmaşenebeli xiyabanı isə tam olaraq qeyd olunan hissəyə daxildir.” – Bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.